İranda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 3 minə çatıb – NYT
İranda bir neçə həftədir davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 3 min nəfərə çatıb. Bu barədə The New York Times məlumat yayıb.
Qəzetin yazdığına görə, etirazların yatırılması zamanı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) odlu silahlardan geniş şəkildə istifadə edib. Bildirilir ki, ölkənin bir sıra şəhərlərində morqlar meyitlərlə dolub, xəstəxanalarda isə yaralıların yerləşdirilməsi üçün yer qalmayıb. Ölənlərin bir hissəsinin şəxsiyyəti hələ də müəyyən edilməyib.
SEPAH rəhbərliyi beynəlxalq tənqidlərə baxmayaraq, etirazlar zamanı öldürülənlərin hamısının “xarici kəşfiyyatla əlaqəli terrorçular” olduğunu iddia edir.
Xatırladaq ki, bundan əvvəl Reuters ölənlərin sayını təxminən 2 min nəfər olaraq qiymətləndirmişdi.