• $
  • £

Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin icrasına başlanıldığını bildirib

Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin icrasına başlanıldığını bildirib
14.01.2026 22:17

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff ölkə liderinin Qəzza zolağında vəziyyətin tənzimlənməsi planının ikinci mərhələsinin həyata keçirilməyə başlandığını bəyan edib.Bu barədə Uitkoff "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün prezident Trampın adından Qəzzada münaqişənin başa çatması üçün 20 maddəlik planının ikinci mərhələsinin başladığını elan edirik", - deyə o qeyd edib.

Uitkoff bildirib ki, sülh planının ikinci mərhələsi keçid administrasiyasının yaradılmasını, eləcə də anklavın demilitarizasiyası və bərpası üzrə prosesin başlanmasını nəzərdə tutur.

"İkinci mərhələ, ilk növbədə, bütün səlahiyyətsiz personalın tərk-silah edilməsini, daha sonra isə Qəzzada texnokratik Fələstin keçid administrasiyasının, Qəzzanın idarəetmə üzrə milli komitəsinin yaradılmasını və Qəzzanın tam demilitarizasiyası və bərpasının başlanmasını nəzərdə tutur", - o yazıb və ABŞ HƏMAS hərəkatının üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsini və son ölən girovun meyitini geri qaytarmasını gözlədiyini əlavə edib.

"Bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə yol açacaq", - Uitkoffun mesajında qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol