• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Tbilisidə neonasist qrupun 16 üzvü həbs edilib

Tbilisidə neonasist qrupun 16 üzvü həbs edilib
16.01.2026 14:38

Gürcüstan hüquq-mühafizə orqanları ölkə daxilində insanlara qarşı zorakılığa yol verən radikal neonasist qrupun 16 üzvünü həbs edib.

Həbs olunanlardan 10-u yetkinlik yaşına çatmayan şəxslərdir.

Tbilisi Polis Departamentinin direktoru Vaja Siradzenin açıqlamasına görə, aparılan aylarla davam edən istintaq zamanı qrup üzvlərinin özlərini neonasist adlandırdığı, faşist ideologiyası ilə idarə olunduğu və qurbanlarına qarşı radikal münasibət göstərdiyi müəyyən edilib. Zorakılıq aktları mobil telefonlarla çəkilib və internetdə yayımlanıb. Hadisələr nəticəsində 4-ü azyaşlı olmaqla on nəfərdən çox şəxs yaralanıb.

Şəxsi və yaşayış evlərində aparılan axtarış zamanı qurbanlara qarşı zorakılığı əks etdirən mobil telefonlar, maskalar, elektron cihazlar, nasist simvolları, həmçinin səs və soyuq silahlar müsadirə olunub.

İstintaq 144-eprima maddəsinin 2-ci hissəsinin "g" və 3-cü hissəsinin "b" bəndləri üzrə aparılır. Bu maddələrə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə qarşı qeyri-insani rəftar edənlər 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edilir ki, radikal qrupun iki lideri – Levan Abesadze və Davit Cəfərov artıq oxşar ittihamlarla cəza çəkir. Digər yeddi üzv də onlarla birlikdə həbs olunub. İstintaq davam edir və digər zorakı qrup üzvlərinin müəyyən edilməsi məqsədilə tədbirlər görülür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Tramp Çinə səfərini təxirə salıb
Dünya 21:31
Tramp Çinə səfərini təxirə salıb
Zelenski Londona səfər edib
Dünya 19:47
Zelenski Londona səfər edib
Cozef Kent istefa verib
Dünya 18:47
Cozef Kent istefa verib
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Dünya 17:44
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib


Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb
Dünya 15:59
Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb

Rusiya ordusu Ukraynada irəliləyir
Dünya 15:09
Rusiya ordusu Ukraynada irəliləyir
İsrail Laricaninin ölümünü təsdiqləyib
Dünya 14:10
İsrail Laricaninin ölümünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol