• $
  • £

Münhen Təhlükəsizlik Konfransı İran nazirinə göndərilmiş dəvəti geri götürüb

Münhen Təhlükəsizlik Konfransı İran nazirinə göndərilmiş dəvəti geri götürüb
17.01.2026 14:46

Dünyanın aparıcı təhlükəsizlik forumlarından biri sayılan Münhen Təhlükəsizlik Konfransı bu il fevralda keçiriləcək toplantıya İranın xarici işlər naziri Abbas Əraqçiyə göndərilmiş dəvəti ləğv etdiyini açıqlayıb.Bu barədə “Reuters” xəbər verir.

Təşkilatçılar bəyanatlarında bir neçə həftə əvvəl İran hökumətinin ayrı-ayrı nümayəndələrinə dəvətnamələr göndərildiyini, lakin son siyasi hadisələr fonunda bu dəvətlərin qüvvədə saxlanmayacağını bildiriblər.

Konfrans bu il 13-15 fevral tarixlərində təhlükəsizlik ekspertləri və siyasətçilərin iştirakı ilə keçiriləcək. Təşkilatçılar iştirakçı siyahısını formalaşdırarkən beynəlxalq siyasi prosesləri nəzərə aldıqlarını vurğulayıblar.

Rəsmi Berlin Almaniya hökumətinin İran rəsmilərinin konfransa dəvət edilməsinə qarşı olduğunu bildirib. Almaniyanın Xarici İşlər Nazirliyi qeyd edib ki, İranda dini hakimiyyətə qarşı keçirilən etirazların zorakılıqla dağıdılması nəticəsində minlərlə insanın həlak olduğu barədə məlumatlar mövcuddur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol