Ermənistanda İran əleyhinə keçirilən aksiyada 7 nəfər saxlanılıb
İrəvanda İran səfirliyi qarşısında keçirilən icazəsiz etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb.Bu barədə Ermənistan KİV xəbər verir.
"İran səfirliyi qarşısında keçirilən aksiyanın təhlükəsizliyi Ermənistan polisi tərəfindən lazımi qaydada təmin edilir. Yürüşə icazə verilməyib, bu səbəbdən yeddi nəfər inzibati qaydada həbs edilib", - Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib.
Yürüş keçirmək niyyətində olan etirazçılara polis icazə verməyib.Etirazçılar səfirlik binası yaxınlığında oturaq aksiyaya başlayıblar.
Son xəbərlər
Daha çox