• $
  • £

Tramp: Mənə Nobel mükafatı verilmədiyi üçün yalnız sülh haqqında düşünə bilmərəm

Tramp: Mənə Nobel mükafatı verilmədiyi üçün yalnız sülh haqqında düşünə bilmərəm
20.01.2026 08:56

ABŞ prezidenti Donald Trump Qrenlandiyaya nəzarəti ələ keçirmək niyyətini Nobel Sülh Mükafatını almaması ilə əlaqələndirərək, artıq “yalnız sülh haqqında düşünməyə borclu olmadığını” bildirib.


NBC News-a verdiyi müsahibədə Tramp Qrenlandiyanı ilhaq etmək üçün güc tətbiq edib-etməyəcəyini deməkdən imtina edib. O, razılıq əldə olunmayacağı təqdirdə Avropa ölkələrinə tariflər tətbiq edilə biləcəyi ilə bağlı əvvəlki təhdidlərini də təkrarlayıb.


Bundan əvvəl Tramp Norveçin baş naziri Jonas Gahr Støre-yə göndərdiyi mesajda ölkəsinin onu Nobel Sülh Mükafatına layiq görməməsini tənqid edib.


“Ölkənizin mənə səkkiz müharibəni dayandırdığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm. Sülh həmişə ən vacib olacaq, lakin indi ABŞ üçün nəyin yaxşı və düzgün olduğu barədə də düşünə bilərəm”, – Tramp mesajında qeyd edib.


Qrenlandiya  Danimarkanın muxtar ərazisi hesab olunur və Trampın son açıqlamaları Avropa paytaxtlarında narahatlıqla qarşılanır. ABŞ və Avropa rəsmiləri isə məsələ ilə bağlı şərh verməyiblər.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
Dünya 22:55
KİV: Xamenei Məşhəd şəhərində dəfn olunacaq
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Dünya 21:53
ABŞ Beyrutdakı səfirliyini bağlayır
Израиль готовит частичное открытие неба
Dünya 21:45
Израиль готовит частичное открытие неба
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Dünya 20:35
Bəhreyndə hava həyəcanı siqnalı səslənib
Qətər İrana cavab zərbələri endirib
Dünya 20:05
Qətər İrana cavab zərbələri endirib
Tehranda hava limanı vuruldu
Dünya 19:23
Tehranda hava limanı vuruldu
Paşinyan Gürcüstana səfər edib
Dünya 18:57
Paşinyan Gürcüstana səfər edib
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Dünya 18:46
Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Dünya 18:04
İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol