Ukraynada müharibə başlayandan ölkəni tərk edən insanların sayı məlum olub
2022-ci ilin fevral ayından bəri Ukraynadan rəsmi şəkildə xaricə gedən və geri qayıtmayan Ukrayna vətəndaşlarının sayı 3,1 milyon nəfər təşkil edib.Bu barədə Ukraynanın “Opendatabot” servisi tərəfindən dərc olunan məlumatlarda qeyd olunur.
Bildirilir ki, onların ən böyük hissəsi- təxminən 2,2 milyon nəfər və ya 72 faiz 2022-ci ildə Ukraynanı tərk edərək geri dönməyib.
Sonrakı illərdə ölkədən gedən və geri qayıtmayanların sayı azalıb. 2024 və 2025-ci illər ərzində Ukraynadan daimi olaraq ayrılan vətəndaşların sayı 733,3 min nəfər təşkil edib.