Zelenski: Avropa hərbi potensialını artırmır, ABŞ-a həddindən artıq güvənir
Avropa “böyük müharibənin” dördüncü ilinin sonunda hərbi potensialını kifayət qədər artırmayıb və ABŞ-a həddindən artıq güvənməyə davam edir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski bu açıqlamanı ABŞ Prezidenti Donald Trampla görüşdən dərhal sonra, Davosda keçirilən Dünya İqtisadi Forumunda verib.
Zelenski Avropanın vahid orduya ehtiyacı olduğunu vurğulayıb və Rusiyanın tankerlərdən ibarət “kölgə donanmasının” dayandırılmasını tələb edib. O, Avropa ölkələrinin Qrenlandiya ətrafında Rusiya gəmilərinə qarşı addım atacağı təqdirdə Ukraynanın dəstək verməyə hazır olduğunu da qeyd edib.
“Keçən il Davosda çıxışımı ‘Avropa özünü müdafiə etməyi bacarmalıdır’ sözləri ilə başa vurdum. Bir il keçdi və heç nə dəyişmədi,” — Zelenski deyib.
O əlavə edib ki, Avropa gələcəkdən danışsa da, bu günü formalaşdıran konkret qərarlardan yayınır.
“Problem də budur. Niyə Prezident Tramp kölgə donanmasının tankerlərini dayandırıb nefti götürə bilər, amma Avropa bunu edə bilmir?”
Gülnar Nazimqızı