Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib
Sudanın Xartum Hava Limanı son üç ildə ilk dəfə sərnişin təyyarəsi qəbul edib.Bu barədə "RFI" radiostansiyası məlumat yayıb.
"Sudan Airways" milli aviaşirkətinə məxsus təyyarə Port Sudandan Xartuma gəlib.Təyyarənin göyərtəsində ölkənin Baş naziri Kamil İdris də olub.
Sudan Mülki Aviasiya İdarəsi bu reysi "tarixi" adlandırıb, çünki paytaxt aeroportu 2023-cü ilin aprelində silahlı münaqişənin başlaması ilə bağlı fəaliyyətini dayandırmışdı.