Gürcüstanda məktəblərdə mobil telefon qadağan ediləcək
Gürcüstanda orta məktəblərdə mobil telefonlardan itifadə qadağan ediləcək. Bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, qadağa həm dövlət, həm də özəl təhsil müəssisələrinə aid olacaq.
Qadağanın həmçinin müəllimlərə də şamil olacağı vurğulanıb.
Gürcüstanda təhsil sahəsində islahatlara başlanılıb. İbtidai siniflərdə vahid məktəbli formasına keçid, yeni tədris proqramları və bütün dövlət məktəbləri üçün vahid dərsliklərin hazırlanması nəzərdə tutulub.
Aytac