Pentaqon İran PUA-sını vurduğunu təsdiqləyib - Yenilənib
Amerikanın "F-35C" qırıcı təyyarəsi ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə yaxınlaşan İrana məxsus pilotsuz uçuş aparatını vurub.Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins "Fox News"a açıqlamasında bildirib.
"ABŞ-nin "Abraham Linkoln" gəmisi Ərəb dənizində, İranın cənub sahillərindən təxminən 800 km məsafədə olarkən "Şahed-139" pilotsuz uçuş aparatı gəmiyə doğru manevr edib. Amerika qüvvələri tərəfindən beynəlxalq sularda görülən deeskalasiya tədbirlərinə baxmayaraq, təyyarə gəmisinə doğru uçuş davam edib", - deyə zabit bildirib.
Onun sözlərinə görə, dron gəmini və şəxsi heyəti qorumaq üçün özünümüdafiə məqsədilə məhv edilib.
21:38
ABŞ ordusu Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatını vurub.Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "Şahed-139" pilotsuz uçuş aparatı "F-35" qırıcısı tərəfindən məhv edilib.