Özbəkistan Prezidenti Pakistana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Baş nazir Şahbaz Şərifin dəvəti ilə fevralın 5-6-da Pakistana səfər edəcək.Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı İslamabadda Mirziyoyevin Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Pakistan Silahlı Qüvvələrinin Müdafiə Qüvvələri və Quru Qoşunları Komandanı feldmarşal Asim Munir ilə danışıqları, həmçinin Strateji Əməkdaşlıq Şurasının 1-ci iclasında iştirakı planlaşdırılıb.
Tərəflər siyasi dialoqun möhkəmləndirilməsi, hökumətlərarası, parlamentlərarası, işgüzar və regionlararası əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində birgə layihələrin təşviqi, həmçinin mədəni-humanitar əməkdaşlığın davam etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Həmçinin, aktual beynəlxalq və regional gündəlik ətrafında fikir mübadiləsi aparılacaq,danışıqların yekunlarına əsasən birgə bəyannamənin və prioritet istiqamətlər üzrə sazişlər paketinin imzalanması gözlənilir.
Bundan əlavə, Özbəkistan Prezidenti iki ölkənin aparıcı işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək birgə biznes forumunda iştirak edəcək.