Əraqçi ABŞ ilə nüvə danışıqları üçün Omana yola düşüb
İranın xarici işlər naziri Abbas Əraqçi Tehrandan Omanın paytaxtı Masqata yola düşüb.Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.
"Xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqları aparmaq üçün diplomatik nümayəndə heyətinə rəhbərlik edərək Masqata getdi. Bu diplomatik təşəbbüs nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı və şərəfli razılaşmaya nail olmaq məqsədilə həyata keçirilir", - İsmayıl Bəqai "X"dəki hesabında yazıb.