• $
  • £

Ukraynalı oliqarxdan kütləvi etiraz aksiyalarına dəstək

Ukraynalı oliqarxdan kütləvi etiraz aksiyalarına dəstək
29.05.2020 06:03
Ukraynalı oliqarx, keçmiş prezident Leonid Kuçmanın yeznəsi Viktor Pinçuk “Avromaydan” iştirakçılarına (Kiyevin Müstəqillik Meydanında mitinq keçirənlər) dəstək verib.APA-nın xəbərinə görə, V. Pinçuk bunu İngiltərənin nüfuzlu “Financial Times” qəzetinə açıqlamasında deyib. İş adamı bildirib ki, “Avromaydan”dakı insanlar 2004-cü ildə olduğu kimi, dinc və konstruktiv həll yolu tapmaq üçün nə etmək lazım olduğu yönündə həm biznesmen, həm də vətəndaş kimi onu düşünməyə vadar ediblər. V. Pinçukun fikrincə, “Avromaydan”ın başlıca nailiyyəti budur ki, Ukrayna vətəndaş cəmiyyəti öz gücünü göstərib: “Söhbət təkcə ondan getmir ki, insanlar konkret siyasi razılaşmanın lehinə seçim ediblər. Əsas odur ki, vətəndaşlar azad şəkildə öz mövqelərini formalaşdıraraq bunu ifadə edirlər. Heç bir şey bundan daha güclü ola bilməz. Bu, ölkəmizin gələcəyi üçün məndə çox böyük nikbinlik yaradır”.   Qeyd edək ki, yəhudi əsilli V. Pinçuk Ukraynanın ən zəngin iş adamlarından biridir. Xatırladaq ki, daha əvvəl məşhur “Bloomberg News” ukraynalı bəzi oliqarxların indiki hakimiyyətdən üz döndərdiyi haqda xəbər yayıb. Bu oliqarxların sırasında Viktor Pinçuk, Dmitri Firtaş, Pyotr Poroşenko, hətta Rinat Əhmədovun adları çəkilir.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
İranda 4,1 maqnitudada zəlzələ olub
Dünya 09:09
İranda 4,1 maqnitudada zəlzələ olub
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dubayda partlayış olub
Dünya 18:19
Dubayda partlayış olub
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Dünya 17:50
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol