Qəzzada ölənlərin sayı açıqlanıb
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davam edən hücumları nəticəsində 72 069 nəfər həyatını itirib.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Qeyd olunur ki, Qəzza zolağında İsrail ordusunun son hücumları nəticəsində daha 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Belə ki, son 24 saat ərzində baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.
Ümumi yaralananların sayı isə 171 728 nəfərdir.