İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır
Ermənistanın hüquq-mühafizə orqanları İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparır.Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, DİN-in əməkdaşları İstintaq Komitəsi ilə birgə fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ilkin istintaq çərçivəsində tədbirlər həyata keçirirlər.
İstintaq Komitəsindən bildirilib ki, bu tədbirlər cinayətlərin bütün hallarının müəyyən edilməsinə və günahkarların məsuliyyətə cəlb olunmasına yönəlib.
Fevralın 18-də İrəvanda atışma baş verib, nəticədə bir nəfər həlak olub, doqquz nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb.