Almaniya vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.Xəbərdarlıq nazirliyin rəsmi saytında dərc edilib.
Nazirliyin sözçüsü jurnalistlərə bildirib ki, Tehrandakı Almaniya səfirliyi yalnız məhdud konsulluq dəstəyi göstərə bilər və təhlükəsizlik baxımından ölkəni tərk etməyin vacib olduğunu vurğulayıb.
“İrana səfər tövsiyə edilmir. Almaniya vətəndaşlarına İslam Respublikasını tərk etmələri qəti şəkildə məsləhət görülür,” – rəsmi bəyanatda deyilir.
Nazirliyin bildirdiyinə görə, hazırda müəyyən kommersiya reysləri və İranın qonşu ölkələrinə quru yolu ilə çıxış imkanları mövcuddur, lakin vəziyyət pisləşərsə, Berlindəki konsulluq yardımı demək olar ki, mümkünsüz olacaq.
Bu çağırış, İranla əlaqədar regional gərginliyin artdığı bir vaxtda verilib.