Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
Slovakiya Ukraynaya elektrik enerjisinin tədarükünü dayandırıb.Bu barədə "TA3" telekanalı ölkənin Baş naziri Robert Fitsoya istinadən məlumat yayıb.
Fitsonun sözlərinə görə, bu gündən etibarən Ukrayna tərəfi enerji sisteminin sabitləşdirilməsi üçün Slovakiyadan yardım istəsə belə, belə bir dəstək göstərilməyəcək.
Məlumata görə, Slovakiya Rusiyanın “Drujba” neft kəməri ilə ölkə ərazisindən tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisi tədarükünü dayandırıb.
Qeyd olunur ki, Slovakiya fevral ayının əvvəlindən etibarən neft almır.
Son xəbərlər
Daha çox