Qazaxıstanda Su-30SM qırıcı təyyarəsiqəzaya uğrayıb
Qazaxıstanda təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Karaqanda bölgəsində baş verib. Rəsmi məlumatlara görə, təyyarə heyəti vaxtında katapultasiya edib.
"Pilotlar sağdır və həyatları və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Onlar tibbi nəzarət altındadır. Qəza yeri mühasirəyə alınıb. İctimaiyyət və ya infrastruktura heç bir təhlükə yoxdur", - nazirliyin açıqlamasında qeyd olunub.
Son xəbərlər
Daha çox