Trampın xanımı BMT TŞ-nin iclasına sədrlik edəcək
ABŞ-nin birinci xanımı Melaniya Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına sədrlik edəcək.Bu barədə “Reuters” xəbər verir.
Ağ Evin yaydığı məlumata görə, bazar ertəsi baş tutacaq iclasda Melaniya Tramp tolerantlığın və dünya sülhünün inkişaf etdirilməsi üçün təhsilin roluna xüsusi diqqət yetirəcək.
Bununla da o, Şuraya sədrlik edən ilk ABŞ birinci xanımı kimi tarixə düşəcək.
Bu addım ABŞ Prezidenti Donald Trampın BMT-yə qarşı keçmişdəki tənqidləri fonunda baş verir. O, əvvəlki dövrlərdə təşkilatı səmərəsiz və islahatlara ehtiyacı olan qurum kimi qiymətləndirib. Lakin son tədbirlərdə Tramp daha mülayim ton nümayiş etdirərək BMT ilə əməkdaşlıq edəcəklərini bəyan edib.
Tramp administrasiyasının yeni təşəbbüsü olan “Sülh Şurası” BMT-nin fəaliyyətini gücləndirmək məqsədi daşıdığını iddia edir, lakin bir sıra dünya liderləri bu addımı BMT-ni əvəzləmək cəhdi kimi qiymətləndiriblər.