ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrədə görüşdülər
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Cenevrədə keçirilən ikitərəfli görüş başa çatıb.Bu barədə TASS xəbər verir.
Tərəflər danışıqların aparıldığı “Four Seasons” otelini tərk ediblər.
Təxminən dörd saat davam edən müzakirələrdə əsas diqqət Ukraynanın iqtisadi bərpası və Rusiya ilə gözlənilən yeni danışıqlar mərhələsinə hazırlığa yönəlib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib ki, görüş “Ukraynanın iqtisadi dəstəyi və bərpası” mexanizmlərinin işlənilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Ukrayna tərəfindən Rüstəm Umerov və David Araxamiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə bir araya gəlib.