Üç ölkə İrana xəbərdarlıq edib
Almaniya, Fransa və Böyük Britaniya (Avro Troyka) İranı “dərhal ehtiyatsız hücumlarını dayandırmağa” çağırıb və regiondakı maraqlarını qorumaq üçün “müdafiə hərbi tədbirləri” tətbiq etmək hədəsini verib. Bu barədə DW-nin məlumatında qeyd olunub. Üç ölkə ABŞ ilə əməkdaşlıq etmək barədə razılığa gəlib.
Böyük Britaniya “Typhoon” qırıcı təyyarəsi Qətər yaxınlığında İrana məxsus pilotsuz dronu məhv edib.
Eyni gündə, İranın Əbu-Dabidəki Fransa qüvvələrinin qərargahına hücumundan sonra “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Fransa dəniz qrupu Baltik missiyasını dayandıraraq Şərqi Aralıq dənizinə yola düşüb.
Gülnar