Tehranda neft anbarları vuruldu - Video
İranın paytaxtı Tehran şəhərində ABŞ-İsrail hücumları nəticəsində neft anbarlarında güclü partlayışlar baş verib.
Hadisə ilə bağlı yayılan görüntülərdə yanan neft anbarlarından qalxan alovların geniş əraziyə yayıldığı müşahidə olunur.
Məlumata görə, şəhərin şimal-qərbində yerləşən Cənnət Abad rayonunun Kulsar küçəsində alovların yüksəlməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
“Fars” Xəbər Agentliyinə danışan İran Neft Nazirliyinin rəsmisi hücumlarda Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.
İran Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, hücumdan əvvəl Tehran və Əlborz əyalətindəki anbarlardakı ehtiyatlar minimum səviyyəyə endirilib və yanacaq tədarükü digər mənbələr hesabına təmin olunur.
Son xəbərlər
Daha çox