İsrail uçuşları qismən bərpa edib
Təl-Əvivin Ben Qurion hava limanı əməliyyatların davam etməsi fonunda mülki uçuşlar üçün qapılarını qismən açıb.Bu barədə “RİA Novosti” xəbər verir.
Sərnişin daşıyan ilk reyslər artıq ölkəni tərk etməyə başlayıb.
Hava limanının mətbuat xidməti də fəaliyyətin mərhələli şəkildə bərpa olunduğunu bildirib:
“Hava limanı uçuşlar üçün qismən fəaliyyətini bərpa edib. Aviasiya orqanları hər uçuş üçün sərnişin kvotasını 70-dən 100 nəfərə qədər artırıb”.
Məlumata görə, hazırda uçuşlar yalnız İsrailin yerli aviaşirkətləri – “El Al”, “Israir” və “Arkia” tərəfindən həyata keçirilir.
Son xəbərlər
Daha çox