• $
  • £

Bağdad hava limanında ABŞ obyektlərinə silsilə hücumlar edilib

Bağdad hava limanında ABŞ obyektlərinə silsilə hücumlar edilib
22.03.2026 21:00

İraqın təhlükəsizlik rəsmiləri bildiriblər ki, bazar günü gecə saatlarında Bağdad Beynəlxalq Hava Limanında yerləşən ABŞ-yə məxsus diplomatik və logistika mərkəzi bir neçə dəfə hücuma məruz qalıb.


Anews xəbər verir ki, AFP agentliyinə danışan yüksək vəzifəli təhlükəsizlik mənbəsinin sözlərinə görə, “sübh tezdən raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin yerləşdiyi əraziyə səkkiz ayrı hücum həyata keçirilib”. O əlavə edib ki, bir neçə raket bazanın yaxınlığına düşüb.
Digər təhlükəsizlik rəsmisi isə ən azı altı hücumun baş verdiyini təsdiqləyib. Polis mənbələri hava limanının yaxınlığındakı Bağdad məhəllələrindən birində raket buraxıcı qurğunun aşkar edildiyini bildiriblər.


Məlumata görə, hücumlardan əvvəl şənbə günü ABŞ tərəfi hava limanından bir neçə mərhələli təxliyə həyata keçirib.


ABŞ Dövlət Departamentinin sözçüsü isə bildirib ki, Bağdaddakı diplomatik missiya “çıxmaq əmri verilənədək fəaliyyətini davam etdirəcək”. O vurğulayıb ki, İraqdakı ABŞ komandası əməkdaşların və obyektlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri nəzərdən keçirməkdə davam edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
Dünya 21:16
Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
Bağdad hava limanında ABŞ obyektlərinə silsilə hücumlar edilib
Dünya 21:00
Bağdad hava limanında ABŞ obyektlərinə silsilə hücumlar edilib
Qlobal qaz bazarı kritik həddə –LNG tədarükləri dayanır
Dünya 18:44
Qlobal qaz bazarı kritik həddə –LNG tədarükləri dayanır
İstanbulda bina çökdü- Yenilənib
Dünya 14:08
İstanbulda bina çökdü- Yenilənib
Almaniyada apteklər martın 23-də etiraz aksiyası keçirəcək
Dünya 10:20
Almaniyada apteklər martın 23-də etiraz aksiyası keçirəcək
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Dünya 09:39
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Çin iqtisadiyyatının 2030-cu ilə qədər 175 trilyon yuana çatacağı gözlənilir
Dünya 09:31
Çin iqtisadiyyatının 2030-cu ilə qədər 175 trilyon yuana çatacağı gözlənilir
Лавров: США вытесняют Россию со всех энергорынков
Dünya 21:00
Лавров: США вытесняют Россию со всех энергорынков
Dubayda hotel qiymətləri 70% ucuzlaşıb
Dünya 20:00
Dubayda hotel qiymətləri 70% ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol