Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibə istəmədiyini, lakin mümkün risklərə qarşı hazırlaşdığını açıqlayıb.
Lukaşenko Silahlı Qüvvələrin iclasında çıxışı zamanı deyib ki, Belarus sülh tərəfdarı olsa da, müdafiə qabiliyyətini gücləndirməyə davam edir.
“Əgər kimsə bizə silah nişangahından baxmaq qərarına gəlsə, cavab verəcəyik. Biz buna hazırlaşırıq”, – o vurğulayıb.
Belarus lideri əlavə edib ki, bu yanaşma xüsusilə hərbçilər üçün önəmlidir, çünki onlar müharibənin nəticələrini yaxşı anlayırlar.
O, daha əvvəl Əlirza Sanei ilə görüşündə müharibələrin Belarus üçün qəbuledilməz olduğunu bildirmiş, eyni zamanda dünyada silahlanma yarışının, o cümlədən nüvə silahları sahəsində artdığını qeyd etmişdi.
Aytac