Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Misirin “Əl-Məsri əl-Youm” nəşrinə müsahibəsində ölkənin ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XİN rəsmisi Müctəba Xameneinin vəziyyətinin yaxşı olduğunu və onun tezliklə ictimaiyyət qarşısına çıxacağını bildirib.
Onun sözlərinə görə, hazırkı təhlükəsizlik şəraiti səbəbindən ali rəhbərin açıq çıxış etməsi üçün vaxt tələb oluna bilər, lakin dövlət idarəçiliyi və müdafiə sistemi normal şəkildə fəaliyyət göstərir.
İran rəsmisi əlavə edib ki, Xameneinin səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ölkənin idarə olunması effektiv şəkildə davam etdirilir.
Son xəbərlər
Daha çox