Tehrana gedən körpü bombalanıb
ABŞ və İsrailin hərbi hava qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan, şərti olaraq B1 adlandırılan strateji körpüyə ikiqat zərbə endirib.Bu barədə “Fars” agentliyi xəbər verir.
Tehranla Kərəci birləşdirməli olan və tikintisi tamamlanmaq üzrə olan körpü hücum nəticəsində ciddi zədələnib.
Məlumata görə, hadisə zamanı azı iki nəfər həlak olub, çox sayda insan yaralanıb.
Bildirilir ki, ikinci zərbə xilasedicilər və tibb işçiləri hadisə yerində yaralılara yardım göstərərkən endirilib və bu, itkilərin artmasına səbəb olub.