Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Hindistanın paytaxtı Nyu-Dehli şəhərində Pakistan kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 11 nəfər saxlanılıb.Bu barədə Press Trust of India məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər casusluq, silah qaçaqmalçılığı və terror aktları planlaşdırmaqda şübhəli bilinir.
Əməliyyat zamanı hərbi obyektlər yaxınlığında gizli kameralar aşkar edilib, həmçinin silah və partlayıcı maddələr müsadirə olunub.
Agentlik bildirir ki, toplanmış məlumatların Pakistan tərəfinə ötürüldüyü ehtimal edilir.
Son xəbərlər
Daha çox