• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İrana qarşı “iqtisadi D günü”nə başlayır - maliyyə naziri

ABŞ İrana qarşı “iqtisadi D günü”nə başlayır - maliyyə naziri
24.08.2026 10:15

ABŞ İranın hərbi və nüvə imkanlarına zərbə vurduqdan sonra Tehran üzərində iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.

ABŞ maliyyə naziri Skott Besant bildirib ki, Prezident Donald Trampın rəhbərliyi ilə İranın hərbi imkanları əhəmiyyətli dərəcədə zəiflədilib və nüvə proqramına ciddi zərbə vurulub. Onun sözlərinə görə, ABŞ indi qarşıdurmanın “son mərhələsinə” daxil olur.

Besant bu mərhələni İrana qarşı “iqtisadi D günü” adlandırıb və bunun ABŞ-ın indiyədək hər hansı rəqibə qarşı həyata keçirdiyi ən böyük maliyyə hücumu olacağını bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun məqsədi İran hakimiyyətini dəstəkləyən bütün iqtisadi kanalları kəsmək və Tehranı beynəlxalq iqtisadi sistemdən təcrid etməkdir.

“Tehranla qarşıdurmadan qorxanlar Vaşinqtonu sınamağın dəyərini qiymətləndirməməlidirlər”, – Besant bildirib.

ABŞ maliyyə naziri həmçinin İranla iqtisadi əlaqələri davam etdirən ölkə və şirkətlərin də təzyiqlərlə üzləşə biləcəyinə işarə edib. Reuters-in məlumatına görə, Vaşinqtonun yeni tədbirləri İranın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları da əhatə edə bilər.

ABŞ son günlər İran iqtisadiyyatına qarşı “tarixdəki ən sərt sanksiyalar” paketini hazırladığını açıqlayıb. Vaşinqton bu tədbirlərlə İranın neft gəlirlərinə, maliyyə əməliyyatlarına və digər iqtisadi əlaqələrinə təzyiq göstərməyi hədəfləyir.

İran isə ABŞ-ın yeni sanksiya planını rədd edib. İran xarici işlər naziri Abbas Əraqçi bu tədbirlərin nəticə verməyəcəyini və Vaşinqtonun təzyiq siyasətinin uğursuzluğa məhkum olduğunu bildirib.

ABŞ və İran arasında qarşıdurma fonunda Hörmüz boğazında gəmiçilik də ciddi şəkildə pozulub və İran iqtisadi müharibənin davam edəcəyi təqdirdə körfəzdən neft ixracını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Makronla görüşüb
Dünya 21:09
Paşinyan Makronla görüşüb
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Dünya 20:00
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Dünya 17:54
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
Dünya 16:55
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Dünya 15:35
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Dünya 14:48
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Fransa İranın Parisdəki səfirini kiberhücumlarla bağlı çağırıb
Dünya 14:11
Fransa İranın Parisdəki səfirini kiberhücumlarla bağlı çağırıb
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Dünya 08:43
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Paşinyan Fransaya gedib
Dünya 23:51
Paşinyan Fransaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol