• $
  • €
  • ₽
  • ₺
  • £

Nepalda təbii fəlakət nəticəsində 600-ə yaxın məktəbli itkin düşüb

Nepalda təbii fəlakət nəticəsində 600-ə yaxın məktəbli itkin düşüb
04.09.2026 16:48

 

Nepalın şimalındakı Rasuva və Nuwakot rayonlarında güclü sürüşmə və daşqınlar nəticəsində təxminən 600 məktəbli itkin düşüb. “The Kathmandu Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində 12 məktəb tamamilə dağılıb, 10 təhsil müəssisəsinə isə ciddi ziyan dəyib.

Məlumata görə, həmin məktəblərin 22 müəllimi və əməkdaşı da itkin hesab olunur. Nuwakot Təhsil İnkişafı və Koordinasiya Departamentinin rəhbəri Surya Bahadur Xatri bildirib ki, hakimiyyət orqanları itkinlərin axtarışını davam etdirir, lakin rabitə problemləri işləri çətinləşdirir.

Bidur bələdiyyəsinin təhsil şöbəsinin məktəb müdiri Navaraj Sapkota vəziyyətin olduqca narahatedici olduğunu deyib. Onun sözlərinə görə, bəzi hallarda xilas edilən valideynlər uşaqlarını, xilas edilən şagirdlər isə itkin düşən valideynlərini axtarırlar.

BMT-nin Uşaq Fondu (UNICEF) daha əvvəl Nepalda ən azı 22 min uşağın təmiz içməli su çatışmazlığından əziyyət çəkdiyini bildirib. Təşkilat uşaqların sanitariya və gigiyena vasitələrinə də təcili ehtiyac duyduğunu qeyd edib.

Avqustun 26-da Nepalın şimalında baş verən güclü daşqınlara Çin sərhədi yaxınlığında, Rasuvagadhi sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqunu və sürüşmənin səbəb olduğu bildirilib.

Daş və torpaq axınının çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrinə ziyan vurduğu və geniş əraziləri su basdığı qeyd olunub.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1 200-dən çox insan ölüb, 4 500-dən çox insan isə itkin düşmüş hesab olunur.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Navai” 2 ay müddətinə həbs edilib
Dünya 14:33
“Navai” 2 ay müddətinə həbs edilib

Pakistanda məktəbin damı uçdu -27 şagird öldü
Dünya 14:19
Pakistanda məktəbin damı uçdu -27 şagird öldü

Rusiya 2-3 həftə ərzində ABŞ-a dizel yanacağı tədarükünə başlaya bilər
Dünya 13:47
Rusiya 2-3 həftə ərzində ABŞ-a dizel yanacağı tədarükünə başlaya bilər
İstanbulda güclü yağış və fırtına nəticəsində iki nəfər ölüb
Dünya 09:36
İstanbulda güclü yağış və fırtına nəticəsində iki nəfər ölüb
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Dünya 23:16
Ər-Riyad hava limanına raket zərbəsi endirilib
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
Dünya 22:15
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Dünya 20:30
İstanbulda leysan yolları su altında qoyub, əyani tədris dayandırılıb
Lavrov Bakıya gəlir
Dünya 13:31
Lavrov Bakıya gəlir
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Dünya 13:10
Pilot qaçırılma siqnalı verdi, təyyarə başqa şəhərə endi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol