• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib
15.09.2026 19:10

ABŞ hərbçiləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatı ələ keçirməyə cəhd edən İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus iki katerini məhv edib.

“Axios” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü, kapitan Tim Hokins təsdiqləyib.

Hokinsin sözlərinə görə, İranın kiçik gəmiləri ABŞ-a məxsus pilotsuz aparatı ələ keçirməyə cəhd edib. Lakin CENTCOM qüvvələrinin müdaxiləsindən sonra bu cəhdin qarşısı alınıb və aparat ABŞ qüvvələrinin nəzarətində qalıb.

İran mediası isə hadisə zamanı balıqçı qayıqlarının vurulduğunu və bir neçə balıqçının itkin düşdüyünü qeyd edib.

Hokins həmçinin “Axios”a bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri hazırda Hörmüz boğazından keçən tankerləri təkcə gecə deyil, gündüz saatlarında da müşayiət edir. Bu, son həftələrdə tətbiq olunan müşayiət rejimindən fərqlənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Dünya 19:15
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Dünya 10:55
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Əraqçi İraqa səfərə gedib
Dünya 10:10
Əraqçi İraqa səfərə gedib
İstanbulda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb
Dünya 09:08
İstanbulda sel nəticəsində ölənlərin sayı 5-ə çatıb
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Dünya 08:30
Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Dünya 23:48
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb
Dünya 23:30
Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb
Putin Roma Papası ilə telefonla danışıb
Dünya 22:15
Putin Roma Papası ilə telefonla danışıb
Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub
Dünya 21:09
Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol