Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşüb
Almaniyanın Aşağı Saksoniya federal torpağında, Hannover regionunun Vunstorf şəhəri yaxınlığında pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.
"Bild" qəzetinin məlumatına görə, hadisə yerinə polis qüvvələri cəlb olunub və ərazidə axtarışlar aparılır.
PUA qalıqlarının yaşayış olmayan ərazidə tapıldığı bildirilir. Polis aparatın digər hissələrini və onun mənşəyini müəyyənləşdirməyə çalışır.
PUA-nın kimə məxsus olduğu və onu kimin idarə etdiyi hələlik məlum deyil.
Son xəbərlər
Daha çox