• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna 77 əsir mübadiləsi çərçivəsində 9 726 şəxsi geri qaytarıb

Ukrayna 77 əsir mübadiləsi çərçivəsində 9 726 şəxsi geri qaytarıb
08.10.2026 12:19

Ukrayna 77 əsir mübadiləsi çərçivəsində 9 726 nəfəri ölkəyə qaytarıb. Bunu Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets bildirib.

Onun sözlərinə görə, geri qaytarılanların 8 823-ü hərbi qulluqçu, 903-ü isə mülki şəxsdir. Qaytarılanlar arasında əvvəllər döyüşlər zamanı itkin düşmüş hesab edilən şəxslər də var.

Lubinets bildirib ki, Ukraynanın dövlət qurumları və beynəlxalq tərəfdaşların birgə səyləri nəticəsində həyata keçirilən mübadilələr Cenevrə konvensiyalarına uyğun olaraq hərbi əsirlərin qaytarılmasına imkan verir.

“Ölkəmizi müdafiə edən hər bir hərbi qulluqçunun taleyinin müəyyənləşdirilməsi Ukrayna üçün son dərəcə vacibdir”, - Lubinets deyib.

O, mülki şəxslərin geri qaytarılmasını ən çətin məsələlərdən biri adlandırıb və hazırda onların mübadiləsi üçün işlək mexanizmin olmadığını bildirib.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol