Rusiya və ABŞ prezidentləri telefon danışığı aparıblar
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, telefon danışığında dünya enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib.
Rusiya tərəfi ABŞ-yə və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Moskva bunun qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirib.
Tərəflər, həmçinin prezidentlər arasında şəxsi təmasların, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.