• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda güclü yağış və fırtına nəticəsində iki nəfər ölüb

İstanbulda güclü yağış və fırtına nəticəsində iki nəfər ölüb
15.10.2026 09:36

Türkiyənin İstanbul şəhərində güclü yağış və fırtına nəticəsində iki nəfər ölüb, yüzlərlə ev və iş yerini su basıb. Şəhərdə 41 ilin ən yüksək yağıntı göstəricilərindən biri qeydə alınıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Oktyabrın 14-də Fatih rayonunda su yığılmış ərazidə elektrik cərəyanının vurduğu 14 yaşlı uşaq, Sarıyer rayonunda isə sel sularından keçərkən yıxılan 34 yaşlı şəxs həyatını itirib. Hər iki hadisə ilə bağlı araşdırma başlanılıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına əsasən, Beykoz rayonunda hər kvadratmetrə 242 kiloqram yağıntı düşüb. Eyüpsultanda bu göstərici 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram olub.

İstanbul Valiliyi bildirib ki, saat 06:00-dan 20:00-dək Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbul üzrə bölməsinə və 112 təcili çağrı mərkəzinə ümumilikdə 2 518 müraciət daxil olub. Müraciətlərin 1 277-si su basması, 15-i torpaq sürüşməsi, 47-si insanların köməksiz vəziyyətdə qalması ilə bağlı olub.

Sarıyer rayonunun Ayazağa məhəlləsində su basmış iş yerlərində köməksiz vəziyyətdə qalan təxminən 200 nəfər xilasedicilər tərəfindən təxliyə edilib. Şəhərin müxtəlif ərazilərində avtomobillər sel sularına qərq olub, metro stansiyalarını, yeraltı keçidləri, yaşayış evlərini və iş yerlərini su basıb.

Əlverişsiz hava şəraiti səbəbindən İstanbulda oktyabrın 15-də məktəblərdə tədris dayandırılıb. Həmçinin 43 təyyarə başqa hava limanlarına yönləndirilib.

Aytac Zeynalova 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol