Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Sudanın Şimali Kordofan ştatının Əbu-Zəymə kəndində “An-24” tipli hərbi təyyarənin yaşayış evinə çırpılması nəticəsində bir ailənin beş uşağı həlak olub, anaları yaralanıb.Bu barədə “Al Arabiya” “Emergency Lawyers” hüquq müdafiə təşkilatına istinadən məlumat yayıb.
Təşkilatın məlumatına görə, hadisə hərbi birləşmələrin nəzarətində olan ərazidə baş verib. Hüquq müdafiəçiləri hadisəyə görə məsuliyyətin Sudan ordusunun üzərinə düşdüyünü bildiriblər. Ordu hələlik ittihama münasibət bildirməyib.