• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb

Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb
16.10.2026 23:30

ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keti Zakariya vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarılıb.Bu barədə “The New York Times” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.

Tramp daha əvvəl jurnalistlərə Zakariyaya vəzifədə qalmaq qərarını yenidən nəzərdən keçirməyi tövsiyə etdiyini bildirib.

“The New York Times” yazır ki, Zakariyanın oktyabrın 13-də keçirdiyi ilk brifinq uğursuz olub. O, “Breitbart”, “Fox News” və “Daily Mail” nəşrlərinin jurnalistlərinin cəmi üç sualını cavablandırıb.

Bundan əlavə, onun hüquqi təhsili və vəkil statusu ilə bağlı suallar yaranıb. Zakariya oktyabrın 15-də “Fox News”a müsahibəsində vəkillik imtahanından keçmədiyini bildirib.

O, brifinqə hazırlaşmaq üçün vaxtının az olduğunu deyib. Zakariyanın sözlərinə görə, çıxışından iki saatdan az əvvəl son materialları əldə edib.

Tramp Zakariyanı avqustda vəzifəsindən ayrılan Kerolin Livittin yerinə təyin etmişdi. Təyinatdan əvvəl Zakariya “Truth Social” platformasında baş kommunikasiya məsləhətçisi vəzifəsində çalışıb, həmçinin ABŞ Daxili Təhlükəsizlik Departamentində işləyib və “Fox News” ilə “Newsmax” telekanallarında siyasi şərhlər verib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol