• $
  • €
  • ₽
  • ₺
  • £

Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur

Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur
21.10.2026 16:31

 

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə qaydaları oktyabrın 1-dən dəyişib. Yeni qaydalara əsasən, kirayəçi müqavilə bağlandıqdan üç il sonra öhdəliyini başqa şəxsə ötürə biləcək, öhdəliyini ötürən şəxs isə mexanizmdən beş il sonra yenidən yararlana biləcək.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Dəyişikliklər kirayə mənzil mexanizminin daha əlçatan olması, şəffaflığın artırılması və sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.

Yeni qaydalara görə, müraciət zamanı Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlana biləcəklər.

Bundan başqa, mexanizmdən istifadə etmək istəyən şəxslərin kredit tarixçəsi qiymətləndiriləcək. Yalnız kredit tarixçəsi “müsbət” və ya “qənaətbəxş” hesab olunan şəxslər kirayə mənzil əldə edə biləcəklər.

Fond dəyişikliklərlə bağlı əlavə sualları olan vətəndaşların 1549 Çağrı Mərkəzinə müraciət edə biləcəyini bildirib.

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına əsasən tətbiq edilən mexanizm şəxsi yığımları mənzil almaq üçün kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Fondun məlumatına görə, 2020–2026-cı illərdə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək mexanizm çərçivəsində 10 mindən çox kirayə müqaviləsi rəsmiləşdirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adanada zəlzələ olub
Dünya 23:42
Adanada zəlzələ olub
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Dünya 23:09
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Dünya 22:59
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Paşinyan Makronla görüşüb
Dünya 21:09
Paşinyan Makronla görüşüb
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Dünya 20:00
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Dünya 17:54
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
Dünya 16:55
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Dünya 15:35
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Dünya 14:48
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol