• $
  • €
  • ₽
  • ₺
  • £

Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb

Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
21.10.2026 16:49

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan çobanının Ermənistan sərhədini keçməsi ilə bağlı məlumatları şərh edərək, bu cür hadisələrin ölkənin təhlükəsizliyinə təhdid kimi təqdim edilməsini tənqid edib. Mirzoyan bu barədə parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Ermənistan-Azərbaycan sülh prosesi və təhlükəsizliklə bağlı narahatlıqlara cavab verərkən bildirib.

“Ölkənin təhlükəsizliyinə təhdidin itmiş çoban olduğunu düşünən siyasi qüvvənin vay halına. Belə şeylər olur. Çoban həm onların, həm də bizim tərəfimizdən aza bilər. Və belə hallar həm sülhün bərqərar olmasından sonra, həm də əvvəl baş verir”, - nazir deyib.

Mirzoyanın sözlərinə görə, bu cür hallarda insanlar geri qaytarılır. O, sərhədi təsadüfən keçərək yolunu azan şəxslərlə cinayət törədən şəxsləri fərqləndirməyin vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, belə hadisələrin tamamilə qarşısını almaq çətindir və onların həlli üçün əməkdaşlıq imkanları axtarılmalıdır.

Mirzoyan sülh prosesində həm müsbət irəliləyişlərin, həm də problemlərin olduğunu bildirib və problemlərin mövcudluğunun müsbət addımlardan imtina üçün əsas sayıla bilməyəcəyini deyib.

“Siz daim “amma bu pis şey var” deməyə çalışırsınız. Bəli, var, bilirəm. İndi nə etməliyik, “Bu qədər” deməliyik, bağlamalıyıq və yenidən münaqişəyə qayıtmalıyıq? Bu, Ermənistan üçün yaxşı yol deyil”, - o əlavə edib.

Oktyabrın 21-də Ermənistan media orqanlarında azərbaycanlı çobanının Ermənistan sərhədini keçməsi barədə məlumat yayıb. Ermənistanın və Azərbaycan tərəfi məsələyə rəsmi münasibət bildirməyib. 

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adanada zəlzələ olub
Dünya 23:42
Adanada zəlzələ olub
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Dünya 23:09
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım ayıracaq
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Dünya 22:59
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Paşinyan Makronla görüşüb
Dünya 21:09
Paşinyan Makronla görüşüb
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Dünya 20:00
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Dünya 17:54
İraq İran millisinin təyyarəsinin Bəsrə aeroportuna enişinə icazə verməyib
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
Dünya 16:55
Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb - yenilənib
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
Dünya 15:35
İraqda 61 məktəbli xəstəxanaya yerləşdirilib
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Dünya 14:48
COP21–COP30 prezidentləri COP31-ə dəstək bəyanatı qəbul ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol