Koçaryanın həbs müddəti daha 2 ay uzadılıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb.Bu barədə Ermənistan mediası xəbər verir.
Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub.
Koçaryanın vəkili müdafiə tərəfinin qərardan şikayət verəcəyini bildirib.
Robert Koçaryan avqustun 25-də saxlanılıb. Ona qanunsuz əmlak əldə etmə işi üzrə ittihamlar irəli sürülüb.