Moskvada KTMT Təhlükəsizlik Şurasının iclası başlayıb

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
İclasdan öncə, təşkilata üzv olan ölkələrin, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri kollektiv şəkil çəkdiriblır.
KTMT-yə sədirlik edən Rusiya prezidenti Vladimir Putin iclasda çıxış edib. O, bugünki iclasda müzakirə olunacaq məsələləri açıqlayıb.
Daha sonra sözü çıxış üçün KTMT baş katibi Talatbel Masadıkova verib.
Qeyd edək ki, KTMT üzvü olan Ermənistan Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılmayıb. Ermənistan Baş naziri Nikol Paşinyan bugün Türkiyənin Antalya şəhərində keçirilən COP-31 tədbirinin zirvə görüşünə qatılıb.
Son xəbərlər 
Daha çox 























