Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Yunaşev Live” teleqram kanalına açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Ermənistan bir neçə ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə KTMT-nin nizamnaməsinə əsasən səsvermə hüququndan, həmçinin təşkilatda məsul vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
























