Zelenski Dublinə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin IX sammitində iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib.
Bu barədə Zelenski sosial şəbəkə hesablarında məlumat verib.
O bildirib ki, səfər çərçivəsində tərəfdaşlarla ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək, həmçinin sammitin plenar sessiyasında iştirak edəcək.
Zelenskinin sözlərinə görə, ABŞ-nin danışıqlar qrupunun üzvləri Stiv Uitkoff və Cared Kuşnerlə də görüşlər planlaşdırılıb.
“Bu gün və sabah tərəfdaşlarla ikitərəfli və çoxtərəfli görüşlər planlaşdırılıb. Ümumilikdə 20-yə yaxın liderlə Avropa Siyasi Birliyi sammitinin plenar sessiyasında iştirak edəcəyəm. Həmçinin ABŞ-nin danışıqlar qrupunun üzvləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar nəzərdə tutulub. Sülhün daha yaxın olması üçün çalışırıq”, - o qeyd edib.
























