Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da ABŞ ilə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb.Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti ABŞ ilə imzalanmış TRIPP layihəsi üzrə strateji infrastruktur və tranzit sazişinin ratifikasiyasını 63 lehinə, 32 əleyhinə səslə təsdiqləyib.
























