• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb

Qazaxıstanda “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları”nın rəhbərləri saxlanılıb
12.11.2026 11:42

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti “Samruk-Kazına” Milli Rifah Fondunun və “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin rəhbərlərini saxlayıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2026-cı il noyabrın 11-də “Samruk-Kazına” SC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov, eləcə də “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Yeljas Otınşiyev və digər şəxslər korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıblar.

Məlumatda qeyd olunub ki, hazırda iş üzrə bütün halların müəyyənləşdirilməsi məqsədilə istintaq hərəkətləri aparılır.

Açıqlamada vurğulanıb ki, Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq, məhkəməyədək istintaqın gedişi barədə digər məlumatlar açıqlanmır.

Qeyd edək ki, “Samruk-Kazına” Qazaxıstanın ən iri dövlət aktivlərini idarə edən milli rifah fondudur. “Qazaxıstan Dəmir Yolları” isə ölkənin əsas dəmir yolu operatorudur. Nurlan Jakupov 2023-cü ilin aprelindən “Samruk-Kazına”ya, Yeljas Otynşiyev isə 2026-cı il iyulun 20-dən “Qazaxıstan Dəmir Yolları”na rəhbərlik edir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nyu-Yorkda bina çöküb - Ölənlər var
Dünya 09:59
Nyu-Yorkda bina çöküb - Ölənlər var
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
Dünya 04:29
ABŞ İranın Xəzər dənizi vasitəsilə hərbi daşımalarının qarşısını alır
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
Dünya 23:46
İtaliyada 6 300 məktəbə bomba xəbərdarlığı göndərilib
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Dünya 23:39
İran Omanın sahillərində gəmi naviqasiya sistemlərinə hücum edib
Viktor Orbanın qardaşı həbs edilib
Dünya 23:14
Viktor Orbanın qardaşı həbs edilib
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Dünya 22:27
Ermənistan Prezidenti TRIPP layihəsi üzrə qanunu imzalayıb
Zelenski Dublinə gedib
Dünya 22:09
Zelenski Dublinə gedib
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Dünya 21:59
Rusiyanın ABŞ-dəki səfiri ölüb
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Dünya 21:06
Ərdoğan və Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol