Tramp və Si Cinpin arasında görüş başlayıb

ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında görüş başlayıb.
Tramp Çin liderini dostu adlandıraraq ABŞ ilə Çin arasında xüsusi münasibətlərin formalaşdığını bildirib.
“Prezident Si ilə mənim aramda əla şəxsi münasibətlər yaranıb. Bəzi insanlar bunu eşitmək istəmir, amma mən bu münasibətlərdən çox məmnunam. Si Cinpinlə dostluğum getdikcə daha da güclənir. Bu, həqiqətən də heyrətamizdir”, – Tramp deyib.
ABŞ Prezidenti Si Cinpinlə məhsuldar görüş gözlədiyini də vurğulayıb.
Tramp çərşənbə günü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilən rəsmi şam yeməyi zamanı Çin lideri ilə təxminən iki saat söhbət etdiyini bildirib
























