• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Qalmaqallı peyğəmbər filmi bu gün göstəriləcək

Qalmaqallı peyğəmbər filmi bu gün göstəriləcək
01.02.2015 14:00
İran İslam Respublikasının istehsalı olan "Məhəmməd Allahın Rəsuludur” filminin rejissoru Məcid Məcidi Tehranda keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, tanınmış rejissor Məhəmməd peyğəmbərin həyatına həsr olunmuş filmin birinci hissəsinin "Fəcr” kino festivalında nümayış etdiriləcəyini bildirib.

Filmdə peyğəmbərin surətinin olmadığını vurğulayan M.Məcidi, daha sonra qeyd edib ki, İranın kino tarixində ən bahalı film sayılan bu ekranişinə 30 milyon dollar vəsait sərf edilib. Filmin ərsəyə gəlməsində şiə və sünni din alimlərinin böyük rolu olub. Onlar Peyğəmbərin həyatı və fəaliyyəti haqqında dəyərli məlumatlar veriblər. 

Məhəmməd Peyğəmbər haqqında cəmi 40 filmin çəkildiyini bildirən M.Məcidi onların bir çoxunun zəif olduğunu diqqətə çatdırıb. Rejissor müasir dövrdə İslam dininin və onun Peyğəmbərinin daha geniş şəkildə və düzgün təbliğ olunmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu filmin çəkilişləri dövründə İran mətbuatında Məhəmməd Peyğəmbərin surətinin göstəriləcəyi barədə məlumatlar yayılmışdı. İranın və başqa müsəlman ölkələrinin din xadimləri filmdə Peyğəmbərin surətinin göstərilməsinin əleyhinə olmuş və rejissoru tənqid etmişdilər.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Dünya 20:10
Pezeşkian Netanyahunun iranlıları etiraza çağırmasını pisləyib
Türkiyədə yenidən zəlzələ olub
Dünya 20:00
Türkiyədə yenidən zəlzələ olub
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
Dünya 19:58
Tramp Zelenski və Avropa liderlərinə zəng edib
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Dünya 19:31
İsrail Baş Qərargahı Qəzzaya hücumla bağlı qərar verib
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
Dünya 17:03
Polşa Belarusun dialoqu bərpa etmək təklifini rədd edib
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Dünya 16:44
ABŞ Rusiyaya sanksiyaları artıra bilər
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Dünya 16:39
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol