• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni biznesmen ailəsini öldürdü

Erməni biznesmen ailəsini öldürdü
28.05.2020 20:51
Fevralın 14-də Moskvanın mərkəzində yerləşən mənzillərin birində 41 yaşlı qadının və onun 7 yaşlı qızının üzərində bıçaq xəsarətləri olan meyitləri aşkarlanıb. 


Qadını və uşağı qətlə yetirməkdə şübhəli bilinən ailənin başçısı erməni sahibkar saxlanılıb. 


APA-nın "LifeNews”-a istinadən verdiyi xəbərə görə, ilkin versiyaya əsasən, 51 yaşlı Xoren Kazaryan ailə münaqişəsi zəminində  həyat yoldaşı Viktoriya Karaqulyanı və 7 yaşlı qızını qətlə yetirib.  
   
İstintaqın ikin məlumatına əsasən, Xoren Kazaryan  fevralın 13-ü axşam saatlarında yoldaşı Viktoriya Karaqulyan ilə mübahisə etdikdən sonra kart oynamağa gedib. Gecə saatlarında evə döndükdə Viktoriya qapını ona açmayıb və telefon zənglərinə də cavab verməyib.   


İstintaqın versiyasına görə, Xoren Kazaryan  bundan sonra yeraltı qaraja enərək gecəni avtomobilində keçirib. Hadisədən bərk qəzəblənən sahibkar səhər saatlarında dırmaşaraq evin 3-cü mərtəbəsində yerləşən eyvanına daxil olmağa müvəffəq olub və buradan liftlə evin birinci mərtəbəsinə enərək qətli törədib.   


İlkin məlumata görə,  Xoren Kazaryanın birinci qurbanı yoldaşı Viktoriya olub. Ağır bıçaq yarası almış qadın son anda qaçaraq evin ikinci mərtəbəsində yerləşən vanna otağında gizlənib və elə oradaca keçinib. Onun meyiti sonradan məhz burada aşkarlanıb. Daha sonra Xoren Kazaryan 7 yaşlı qızının bel nahiyəsinə bıçaqla zərbə endirərək onu qətlə yetirib. Qətlləri törətdikdən sonra Xoren Kazaryan duş qəbul edərək evi tərk edib.  


Səhər saatlarında Xoren Kazaryan yoldaşının  zənglərə cavab verməməsini və qapını açmamasını səbəb gətirərək "həyəcan təbili” çalıb. Hadisə yerinə gələn polis qapını qıraraq mənzilə daxil olub və dəhşətli mənzərə ilə qarşılaşıb. 


Uzərində qan izləri olan bıçaq mətbəxdə qabyuyan maşında aşkarlanıb. 


Bundan əvvəl  Viktoriya Karaqulyannın qızını qətlə yetirdiyi, daha sonra isə intihar etdiyi ehtimal olunurdu. 


Xoren Kazaryan Rusiyada fəaliyyət göstərən "Mobilift Rusland” şirkətinin baş direktorudur. Onun daha bir neçə şirkətin sahibi olduğu  bildirilir.
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol