• $
  • €
  • ₽
  • ₺
  • £

Nepalda zəlzələ: Qurbanların sayı 3200 nəfərə çatdı

Nepalda zəlzələ: Qurbanların sayı 3200 nəfərə çatdı
28.05.2020 18:13
Nepalda aprel ayının 25-də baş verən dağıdıcı zəlzələnin qurbanlarının sayı 3218 nəfərə çatıb, zərərçəkənlərin sayı isə 6500-ə yaxındır.  

Oxu.Az xəbər verir ki, bu barədə Frans Press Agentliyi Nepal DİN-in rəsmi nümayəndəsinə istinadən bildirib.

"Həlak olanların sayı 3218, yaralananların sayı isə 6500-ə çatıb”, - Nepal DİN-in fövqəladə hallar üzrə idarəsinin rəhbəri Rameşvor Danqal bildirib.

Onun sözlərinə görə, Hindistan və Çində daha 90 nəfər bu zəlzələnin qurbanı olub.  

Nepal qəzeti "Himalayan Times”-ın məlumatına əsasən qurbanların ümumi sayı 8 minə çata bilər. Bu qeyri-qənaətbəxş proqnozu yerli xilasetmə qruplarının və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cavabdeh olan məmurlardan alınan məlumat əsasında verilib.

7,9 maqnitudası olan zəlzələ Nepalda aprel ayının 25-i yerli vaxtla 11:56-da (Moskva vaxtı ilə 09:11-də) baş verib. Keçən sutka ərzində seysmoloqlar 48 təkrar təkan qeydə alıblar, onların maqnitudası 3,5-dən 6,9-a qədər olub. Xəbər verilib ki, bu zəlzələ Nepalda son 80 il ərzində ən güclü zəlzələ olub.

Təbii fəlakət nəticəsində ən çox Nepalın paytaxtı – Katmandu zərər çəkib.

Şəhərin tarixi mərkəzi də zərər çəkib, əsasən də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş 1832-ci ildə ucaldılmış 62 metrlik qala Dxaraxara dağılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol